ABŞ əhalisi sürətlə silahlanır

media-hightechnic-468x90

14172676462009743627_750x500 (1)“Qara cümə” günü nəinki iri ticarət mərkəzləri və univermaqlar, eyni zamanda, silah mağazaları da endirimli satış aksiyaları keçirirlər. Federal Təhqiqatlar Bürosunun (FTB) statistikasına görə, ABŞ əhalisinin bir çoxu bu endirimdən yararlanmağa can atır.

Ötən cümə günü FTB-yə ölkənin silah mağazalarından tapança, tüfəng və digər odlu silahların satılmasına icazə verilməsi barədə saniyədə üç ərizə daxil olub. Büronun nümayəndəsi Stiven Fişer bu “qara cümə”nin 144 min müraciətin qeydə alındığı əvvəlki rekordu üstələyəcəyinə əmin olduğunu söyləyib.

Odlu silah satışına icazə verərkən FTB alıcını cinayət, narkotik vasitədən istifadə və ailə zorakılığı kimi bir neçə parametr üzrə yoxlayır. “Qara cümə”nin onlar üçün ən gərgin gün olduğunu deyən Fişer daxill olan ərizələrin işlənilməsi üçün əlavə əməkdaşlar cəlb edildiyini bildirib.

Keçən il ərzində FTB-yə 21 milyon belə ərizə daxil olub və onlardan yalnız 1,1 faizinə rədd cavabı verilib. Hazırda ABŞ əhalisinin 24 faizi odlu silaha sahibdir.

ABŞ-da noyabr ayının dördüncü cümə axşamından sonrakı “Qara cümə” ənənəyə görə yeni il qabağı endirimli satışların başlandığı gündür. Həmin gün külli miqdarda endirimlər edilir və milyonlarla amerikalı mal almaq üçün mağazalar axışır.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600