“ABŞ-nin bu addımı regiona bədbəxtlik və qarşıdurmadan başqa heç nə gətirə bilməz”.
Bu fikri ABŞ-nin Almaniyadakı “Dülmen” hərbi bazasında mövcud olan texnikanı Ermənistanda yerləşən poliqona köçürməyə hazırlaşmasını Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, ABŞ-nin bu addımı regiona yaxşı heç nə vəd etmir:
“Bu gerçəkdirsə, ABŞ-nin bu addımı regiona bədbəxtlik və qarşıdurmadan başqa heç nə gətirə bilməz. Tramp nə etmək istəyir? ABŞ ordusunun Cənubi Qafqazda nə işi var, anlamaq olmur… ABŞ husilərlə vuruşur, İranla toqquşur, o texnikaları orada istifadə etmək yerinə bu regiona niyə gətirir? Əgər bu baş verərsə, bu, çox qorxulu, dəhşətli şey olacaq.
Bəziləri deyirdilər ki, Tramp əleyhinə danışmaq olmaz. Buyurun, bu da Trampın atdığı addım. Ümid edək ki, bu, baş verməz, əgər olarsa, regionumuz üçün yaxşı heç nə olmayacaq”.
Səxavət Məmməd
www.yenicag.az