!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ əsgərləri Rusiya ilə döyüşə girir? - Baydendən sensasion AÇIQLAMA

!Reklam – Yazi

“ABŞ hələ də dünyanın süpergücüdür. Bizim dünyada çox güclü ittifaqlarımız var. Bu ittifaqlar dəyərlərə, prinsiplərə əsaslanır”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Time” jurnalına geniş müsahibəsində ABŞ prezidenti Co Bayden deyib.

“Bəli, Əfqanıstandan çıxarkən bəzi səhvlərə yol verdik, lakin soyuqqanlı olmaq gərəkərsə, mən Trampdan yenə də fərqlənirəm, çünki mənim dövrümdə NATO daha da güclənib və bizim tarixdə ən güclü müttəfiqlərimiz var.

Tramp bu müttəfiqləri tərk etmək və bu ittifaqlara son qoymaq istəyir. Mən isə onları daha da gücləndirməyə iddialıyam. Mən inanıram və əminəm ki, dəyişən qlobal siyasətdə Birləşmiş Ştatlar dünyadakı bu dəyişim hərəkatına liderlik edə biləcək hələ də yeganə gücdür”, – ABŞ lideri söyləyib.

Onun sözlərinə görə, Ukrayna NATO üzvü deyil və ABŞ bu ölkəni alyansa üzv etməyə hazır deyil.

“Mən həm sovet vaxtında, həm də müasir dövrdə dəfələrlə bu ölkədə olmuşam. Ukraynada korrupsiya olduqca yüksək səviyyədədir. Bu baxımdan, bu ölkənin problemləri olduqca çoxdur. Amma Ukrayna mövcud olmağa davam etməlidir, əgər Ukraynanı yalnız qoysaq, növbəti hədəf Polşa, Baltikyanı, Balkan yarımadası olacaq. İndi NATO və Rusiya arasında savaş ehtimalı azdır, amma əgər Ukraynaya dəstək olmasaq, biz Rusiya ilə birbaşa üz-üzə qalmalı olacağıq”, Bayden bildirib.

O, İsrailin Fələstində – Qəzzada həyata keçirdiyi əməliyyatlardan da söz açıb.

“İsrailin Qəzzada hərbi cinayət törətməsi sualı qeyri-müəyyəndir və israillilər özləri bunu araşdırırlar. Beynəlxalq Cinayət Məhkəməsi tanımadığımız bir şeydir, ancaq bir şey dəqiqdir: Qəzzada yaşayan fələstinlilər qida, su və dərman çatışmazlığından çox əziyyət çəkirlər. Və, bəli, çoxlu günahsız insanlar öldürüldü, lakin bunların çoxu təkcə israillilərlə deyil, həm də HƏMAS-ın hazırda İsraildə etdikləri ilə bağlıdır. İsrail hərbi cinayətlərdən yayınmaq üçün diqqətli davranmağa çalışır”, – Bayden əlavə edib.

“Bibi” (Benyamin Netanyahu – red.) ilə əsas fikir ayrılığım bu münaqişənin əməliyyatlardan sonra necə nəticələnəcəyidir. Çünki bizim fikrimizcə, əməliyyatlar dayandırılmalı və həll yalnız iki dövlət həlli çərçivəsində olmalıdır. “Bibi” isə bunu istəmir və o, fərqli düşünür. “Netanyahu müharibəni hakimiyyətdə qalmaq üçün uzadır” sualına isə əsaslı cavab verə bilmərəm. Amma Konstitusiyada dəyişiklər və digər amillər var ki, bu arqumentlər əsaslı ola bilər, lakin bu, İsrailin daxili müzakirə mövzusudur”, – ABŞ prezidenti bəyan edib.

C. Baydenin qənaətinə görə, Birləşmiş Ştatlar bu gün Asiya-Sakit okean regionunda tarixdə olmamış qədər güclüdür:

“Mən Yaponiya və Cənubi Koreya ilə hərbi anlaşma imzaladım. Heç təsəvvür edə bilərdinizmi ki, Yaponiya öz ÜDM-nün 3%-ni hərbi xərcləyə ayıracaq? Yaxud Cənubi Koreya ilə pakt imzalayacaq? Biz Yaponiya ilə olan paktımıza Filippini də daxil etdik. Biz həmçinin Britaniya və Avstraliya ilə birlikdə AUKUS, Hindistan, Yaponiya da daxil olmaqla güclü QUAD ittifaqını təsis etdik. Birləşmiş Ştatlar Sakit okeanda indi daha güclüdür və bu Çini narahat edir. Artıq Amerikada hər kəs qəbul edir ki, ABŞ-ın yaxın gələcəkdə əsas strategiyası və xarici siyasətində əsas istiqaməti məhz Çin olacaq. Biz mübarizəyə hazırıq”.

Çin-Tayvan münaqişəsi ilə bağlı danışan Amerika lideri onu da diqqətə çatdırıb ki, Çin tərəfi Tayvanın işğalını prioritet məsələ elan edib.

“Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uill Börns bildirib ki, Çin rəhbəri Si Cinpin Çin ordusuna 2027-ci ilə qədər hazır olmaq əmrini verib. Çünki Çin məhz o dövrdə Tayvanın uğurlu işğalını planlaşdırır. Dünya isə qəbul edir ki, Çinin təhlükəli yüksəlişinin qarşısını yalnız Birləşmiş Ştatlar ala bilər. Dünyanın bir çox ölkələri və xalqları bu mübarizədə bizim səylərimizi dəstəkləyir. Biz Çinin ərazi bütövlüyünü dəstəkləyirik, amma məsələ orasındadır ki, Çinin əsla və əsla status-kvonu pozmasına imkan verməyəcəyik”, – Bayden vurğulayıb.

“Times”la söhbətində ABŞ-ın dövlət başçısı bildirib ki, Vaşinqton Rusiya ilə müharibə axtarışında deyil.

“Rusiya Avropanın təhlükəsizlik arxitekturasını məhv etməyə çalışır. Biz məhz dünya müharibəsindən yayınmaq, NATO və Rusiya arasında toqquşma olmaması üçün Ukraynaya dəstək veririk. Çünki əgər Rusiya qalib gələrsə, biz onu bu dəfə Avropanın dərinliklərində dayandırmağa məcbur qala bilərik. Bu olduqca düzgün sərmayədir. Yəni Amerika əsgəri ölmədən Rusiya hərbi gücünün zəiflədilməsi və Ukraynanın bir dövlət kimi mövcudluğunun davam etdirilməsi vacibdir. Amerika əsgəri mənim hakimiyyətim dövrdə Ukraynada Rusiya ilə döyüşməyəcək”, – deyə o qeyd edib.

Rafi Müslümov

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv