ABŞ görüşlərdə İŞTİRAK ETMƏYƏCƏK

media-hightechnic-468x90

 

ABŞ nümayəndəsi Maykl Enton Rusiya, Ukrayna və Türkiyə arasında İstanbulda keçirilən görüşdə iştirak etməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Agentlik yazır ki, ABŞ nümayəndəsi senator Mark Rubionun baş müşaviri Maykl Enton Rusiya, Ukrayna və Türkiyə arasında İstanbulda keçiriləcək üçtərəfli nahar görüşündə iştirak etməyəcək.

Hadisəni izləyən BBC-nin müxbiri Tom Beytmanın sözlərinə görə, Enton öncə Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski ilə ayrıca görüş keçirəcək.

Qeyd edək ki, daha əvvəl Beytman Entonun Ukrayna, Rusiya və Türkiyə nümayəndələri ilə keçiriləcək danışıqlarda ABŞ-ı təmsil edəcəyini bildirmişdi.

Bu arada, cümə günü İstanbulda Ukrayna, ABŞ və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar keçirilir. Görüşdən sonra Ukrayna, Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə ayrıca görüş planlaşdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600