ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

media-hightechnic-468x90

ABŞ gələn il Hind-Sakit Okean regionunda yerüstü ortamənzilli raketlərin yerləşdirilməsini planlaşdırılır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Nikkei Asia” ABŞ Ordusunun Sakit Okean Komandanlığının nümayəndəsi Rob Fillipsə istinadla məlumat yayıb.

Məlumata görə, yerləşdirməyə standart SM-6 raketinin yerüstü versiyaları və gözlənilən uçuş məsafəsi 500-2700 km arasında olan “Tomahawk” qanadlı raketi daxildir.

Bildirilib ki, bu, Çinə qarşı çəkindirməni gücləndirməyə yönəlmiş strateji addımdır.

Dəqiq yerləşdirmə yerləri və vaxtı açıqlanmasa da, ABŞ-ın bu raket birləşmələrini ilk olaraq Quamda yerləşdirəcəyi gözlənilir.

“Nikkei Asia” qeyd edir ki, Yaponiya və Filippin hazırda Çin ordusunun birbaşa hədəfinə çevrilmək qorxusundan bu raketləri yerləşdirmək istəmədiklərini bildirirlər./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05