Reklam

Reklam

скачанные файлы (2)Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi müvəqqəti olaraq öz fəaliyyətini dayandırıb. Anspress-in məlumatyına görə, bu barədə səfirliyin sosial şəbəkə səhifəsində məlumat yayılıb.

Məlumatda kəskin hava şəraiti səbəbindən səfirliyin açılışının təxirə salındığı, viza görüşlərinin ləğv olunduğu və yenidən təyin olunacağı bildirilib.

“Sərt hava şəraitini nəzərə alaraq, ABŞ səfirliyinin açılışı təxirə salınıb. Bu günkü bütün viza görüşləri ləğv edilib yenidən təyin olunacaq” – deyə səfirliyin açıqlamasında bildirilir.

Ötən gecədən başlayaraq paytaxt Bakıda qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Gecə saatlarından başlayaraq paytaxtda yollar buz bağlyıb. Hidrometeoroloqlar və dövlət yol polisi sürücülərə xəbərdarlıq edir.

Hazırda paytaxtın mərkəzi küçələrində yolların buz bağlanmasına baxmayaraq avtomobillərin intensivliyi müşahidə olunur. Qeyd edək ki, hidrometeoroloqların proqnozu özünü doğrultdu. Onlar havanın temperaturunu -2 dərcə olacağını praqnozlaşdırmışdırlar.

Bakıda qarla yanaşı, şimal küləyi də əsir. Hidrometeoroloqlar və dövlət yol polisi sürücülərə xəbərdarlıq edir ki, avtomobillərini qışa hazırlasınlar. Texniki baxımdan nasaz avtomobillərlə yola çıxmasınlar. Daha çox ictimai nəqliyyatın xidmətlərindən istifadə etsinlər.

Artıq Bakı Şəhər İcra Hakimiyyətinin qartəmizləyən texnikaları iş başındadır. Onlar səhərə kimi, işlərini davam etdirəcəklər.

 

скачанные файлы (3)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."