ABŞ-ın BMT-dəki nümayəndəsi: "İstədiyimizi edə bilərik"

media-hightechnic-468x90

ABŞ öz səfirliklərini köçürmək məsələlərində istədiyini etmək hüququna malikdir.

Yenicag.az-ın xarici KİV-inə istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Beləliklə, o, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini şərh edib.

“Bizim səfirliyimizi yerləşdirmək məsələsində istədiyimiz hər şeyi etməyə haqqımız var”, – deyə, Heyli bildirib.

Onun sözlərinə görə, “BMT-nin Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət İsraili hədələməklə sülh prosesinin tənzimlənməsinə kömək etmədiyini başa düşməlidir”.

“Biz həm israillilərə, həm də fələstinlilərə qarşı ədalətli olmalıyıq”, – deyə diplomat əlavə edib.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600