!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-ın bu addımı Türkiyə üçün açıq-aşkar tələdir”

!Reklam – Yazi

“Türkiyə ABŞ-la münasibətlərinə yenidən baxa və onunla öz dilində danışa bilər”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Suriyada terrorçu PYD-YPG-ni hərtərəfli qaydada dəstəkləyən ABŞ-ın PKK terror təşkilatının azadlıqda olan başçılarının – Murad Karayılan (5 milyon), Cəmil Bıyık (4 milyon dollar) və Duran Kalkmaz (3 milyon dollar) – başına iri məbləğdə pul mükafatı təyin etməsinə münasibət bildirən Rusiyalı politoloq Amur Hacıyev deyib.

Amur Hacıyevin sözlərinə görə, ABŞ bu addımla özünün PKK-ya dəstəyini arxa plana keçirərək, “Demokratik ittifaq partiyası” adı ilə pərdələnən PYD-ni Ankaranın nəzərində legitimləşdirməyə çalışır:

“Bu, Türkiyə üçün açıq-aşkar tələdir. ABŞ bununla bir tərəfdən Türkiyə ilə münasibətlərinin sarsılmazlığını və Ankaranın PKK ilə bağlı narahatlığını başa düşdüyünü göstərməyə cəhd edir. Digər tərəfdənsə, Vaşinqton “Demokratik ittifaq partiyası” adı ilə pərdələnən PYD-ni Ankaranın nəzərində legitimləşdirməyə, bununla da özünün PKK-ya dəstəyini arxa plana keçirməyə çalışır”.

Hacıyevin fikrincə, Vaşinqton hələ də Ankaranın imkanlarını düzgün qiymətləndirmir:
“Hesab edirəm ki, amerikanların Türkiyənin real imkanlarını və strateji planlarını nəzərə almadan atdıqları bu addım ucuz manevrdən başqa bir şey deyil. NATO-nu tərk etmək ehtimalına gəlincə deyə bilərik ki, Türkiyə ən azı yaxın və orta perspektivdə alyansdan çıxmayacaq. Lakin Türkiyə ABŞ-la münasibətlərinə yenidən baxa və onunla öz dilində danışa bilər. Türkiyə rahib Branson və sanksiyalar məsələsində bu bacarığını parlaq şəkildə nümayiş etdirdi”.

Qafqaz Ömərov

www.yenicag.az

4394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv