ABŞ-ın hərbi təyyarələrindən “Putinə salam” – Video
ABŞ-ın iki bombardmançı təyyarəsi İngiltərənin “Fairford” hərbi bazasına enib.
ABŞ-ın strateji təyyarələrindən biri hesab olunan pilotsuz “B2” təyyarələrinin İngiltərəyə gəlişini ABŞ mətbuatı “Putinə salam” kimi təqdim edib.
Xüsusi avadanlıqlarla təhçiz olunmuş bu təyyarə ilk dəfədir ki, Avropada dislokasiya olunur. “B2”lər 1990-cı illərin sonunda Yuqoslaviya və Kosova müharibəsi zamanı Avropa səmalarında görünmüşdülər. O dövrdə Rusiya Yuqoslaviyaya açıq formada dəstək verdikdən sonra ABŞ-ın Missuri ştatından havaya qalxan və 30 saat ərzində Yuqoslaviya səmasında dövr edərək, Yuqoslaviyanın strateji obyektlərini bombardman edən “B2” lər həlledici rol oynamışdı.
Avropa mətbuatı “B2” lərin Avropaya dislokasiya olunmasını ABŞ və qərbin Putinə və Rusiyaya “əzələ nümayişi” kimi qiymətləndirilib.