!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın Türkiyəyə qarşı HƏMLƏSİ: "Yunanıstanın silahlandırılması bu ölkəyə qarşı yönəlmiş siyasətdir" - ŞƏRH

!Reklam – Yazi

“Yunanıstanın silahlandırılması Türkiyəyə qarşı yönəlmiş siyasətdir”.

Bu sözləri Yunanıstanın silahlandırılması, Türkiyənin etirazı və bölgədəki gərginliyi şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Türkiyənin müstəqil siyasət yeritməsi qarşılığında ABŞ Yunanıstanı ona qarşı silahlandırır:

“Türkiyənin müstəqil xarici siyasət yeritməsi, eyni zamanda regional geosiyasi aktor kimi möhkəmlənməsi bir sıra gücləri narahat edir. Uzun müddətdir ki, Türkiyənin başını qatmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. PKK qruplaşması, Suriya və İraqdakı digər terror qrupları Türkiyənin milli təhlükəsizliyinə bir təhdid kimi qiymətləndirilə bilər. Onların da silahlandırılması, Türkiyənin cənub-şərqində terror vasitəsi ilə əhalinin xofa salınması bu ölkəni daha ayıq-sayıq olmağa məcbur edir.

Son dövrlər dünya siyasətində baş verən proseslər, Ukrayna-Rusiya münasibətlərinin normalaşması istiqamətində diplomatik təşəbbüslər və Finlandiya ilə İsveçin NATO-ya üzv olması üçün şərtlərini və tələblərini irəli sürməsi digər ölkələrin qərəzli davranışını ortaya qoydu.

Yunanıstanın sürətlə silahlandırılması, orada müxtəlif bazaların tikilməsi, Ankaraya verilməyən silahların Afinaya verilməsi təbii ki, Türkiyəni narahat edir. Rusiya-Türkiyə münasibətlərinin kökündə Türkiyə-Qərb arasında olan anlaşmazlıq dayanır. Türkiyəyə Patriot raketləri təqdim olunmadığı üçün Türkiyə S-400 almalı oldu. Rusiya-Türkiyə yaxınlaşması Qərbin geosiyasi siyasətinə ziddir.

Mənə elə gəlir ki, Yunanıstanın silahlandırılması prosesinə də Türkiyə beynəlxalq aləmdə qarşı durmalıdır. Ziddiyətli tərəflərin birinin silahlandırılması digərinə qarşı yönəlir. Yunanıstanın silahlandırılması Türkiyəyə qarşı yönəlib. F-35 qırıcılarının Yunanıstana verilməsi də bunun tərkib hissədir. Türkiyə baş verənlərə səssiz qalmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv