ABŞ İranla 1955-ci ildə imzalanmış dostluq müqaviləsinə xitam verib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib.
Ağ Evin rəsmisi BMT məhkəməsinin ABŞ-ı sözügedən müqavilənin şərtlərinə əməl etməməkdə günahlandırılması ilə bağlı qərarını əsassız sayıb: “İran BMT məhkəməsini siyasi və təbliğat məqsədləri üçün istifadə edir”.
Qeyd edək ki, İranda islam inqilabından bir qədər sonra, 1980-ci ildə iki ölkə arasında diplomatik münasibətlər pozulmuşdu. Bu il may ayında ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İran, Çin, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya ilə imzaladıqları və İranın sanksiyaların ləğv olunmasdı müqabilində nüvə proqramını təxirə salmasını nəzərdə tutan sazişdən birtərəfli qaydada çıxdıqlarını bildirmişdi. İran isə BMT məhkəməsində ABŞ-a qarşı iddia qaldırmışdı.
www.yenicag.az