“Hər kəs üçün intiqam”: İrandan dünyaya RAKETLİ MESAJ - VİDEO

media-hightechnic-468x90

 

media-banner_tkm

Sosial şəbəkələrdə yayılan və İranla əlaqəli olduğu iddia edilən təbliğat videosu qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, “Hər kəs üçün intiqam” şüarı ilə təqdim olunan klipdə ABŞ və müttəfiqlərinin müdaxilə etdiyi ölkələrdən görüntülər ardıcıl şəkildə göstərilərək Qərbə qarşı emosional mesaj formalaşdırılır.

Videoda Xirosima və Naqasaki bombardmanı, Vyetnam müharibəsi, Yəmən və Qəzza hadisələri kimi tarixdə böyük rezonans doğurmuş münaqişələr eyni xətt üzrə təqdim olunur. Bu yanaşma izləyicidə “tarixi ədalətsizlik” və qisas ideyasını gücləndirməyə hesablanmış ideoloji çərçivə kimi qiymətləndirilir.

Klipin ən diqqət çəkən səhnəsi isə İran raketinin ABŞ-ın simvollarından sayılan “Azadlıq” heykəlinə çarpması ilə bağlı animasiya görüntüsüdür. Həmin heykəlin qədim dövrdə uşaqların qurban verildiyi Baal bütü kimi təqdim olunması isə videonun dini və simvolik mesaj üzərindən psixoloji təsir yaratmağa çalışdığını göstərir.

Amir Aqiloğlu

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05