!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-İsrail ordusundan ZƏRBƏ HAZIRLIĞI: "Quru qoşunlarının əməliyyatı İranda fiaskoya uğrayar" - Hərbi ekspert  

!Reklam – Yazi

“ABŞ istəyir ki, İranı embarqolarla bu məsələlərdən çəkindirsin”.

Bunu ABŞ-İsrail ordusunun İrana mümkün zərbələr endirilməsi ilə bağlı hərbi təlimlərə başlaması, İranın atom silahı əldə etmək cəhdləri və bölgədə olma ehtimalı olan hadisələri şərh edərkən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, ABŞ-İsrail İrana hərbi zərbələr endirəcəksə, öncə nüvə stansiyaları hədəfə götürüləcək:

“ABŞ və İsrailin İrana qarşı hazırlıq prosesi atom silahı hazırlamaq cəhdindən sonra həmişə gündəmdə olub və davam etməkdədir. İranın xarici siyasəti, dünya ölkələrinin, əsasən də Türkiyənin bu münasibətlərdə müəyyən dərəcədə normal mövqedə olması hərbi müdaxilə məsələsini müəyyən dərəcədə dondurub. İranın hərbi qüdrətinin İraq, Suriya və digər ərəb ölkələrindən güclü olmasından irəli gələrək ABŞ hərbi müdaxilə edə bilmir. İranın hərbi gücündən danışarkən İran Müdafiə Nairliyini və Sepahı qeyd etmək olar. Müdafiə qüvvələrinin şəxsi heyəti 400 mindən çoxdur. Sepahın şəxsi heyəti isə 120 mindən çoxdur. Bunların hər birinin bütün qoşun növü üzrə silahlı qüvvələri var. Son illərdə İranın ən çox inkişaf etdirdiyi hərbi sahə raket sahəsidir. Deyilənə görə, 1000, 1500, 2000 km-ə qədər məsafəni hədəfə alan orta və yaxın mənzilli raketlərdən ibarətdir. Düzdür, onların dəqiqlik məsələsi sual altındadır. Ancaq bu raketlərin həddindən çox istehsal olunması rəqibləri düşündürür.

Son illərdə İran kiber sahəsini çox inkişaf etdirib. Hətta ABŞ seçkilərinə təsir etmək cəhdi də məlumdur. ABŞ istəyir ki, İranı embarqolarla bu məsələlərdən çəkindirsinlər. Daxili çətinliklərə baxmayaraq, İranın məqsədi budur ki, nüvə silahı əldə etsin. Buna İsrail və ABŞ birmənlı olaraq qarşı çıxır. Son dövrlər İran-Azərbaycan arasında olan gərginlikdən istifadə edərək, İrana zərbə vurulması ehtimalları da ortaya çıxdı. Yaxşı ki, Azərbaycan dövlətinin apardığı normal xarici siyasət buna imkan vermədi”.

Hərbi ekspert qeyd edib ki, İran istəyindən əl çəkməsə hərbi müdaxilə mümkündür:

“Bəzi mütəxəssislərin dediyinə görə, bir neçə aya, daha ciddi ekspertlərin bildirdiyinə görə, bir ilə İran uranı zənginləşdirə, atom silahına malik ola bilər. İsrail və ABŞ qətiyyən buna yol vermək niyyətində deyil. İrana raket zərbələrinin endirilməsi gündəmə gələ bilər. Bunlar da əsasən nüvə obyektləri olacaq. Düşünmürəm ki, orada quru qoşunlarının hər hansısa bir əməliyyatı həyata keçirilsin. Quru qoşunlarının əməliyyatı İranda fiaskoya uğrayar”.

Səxavət Məmməd

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv