!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ kəşfiyyatından HESABAT: HƏMAS-la bağlı ŞOK FAKTLAR açıqlandı

!Reklam – Yazi

ABŞ kəşfiyyatının hesablamalarına görə, İsrail Qəzza zolağında HƏMAS-ın aktiv döyüş bölmələrinin yalnız 30-35 faizini məhv edə bilib və tunellərin 65 faizi hələ də aktivdir.

Yenicag.az xəbər verir ki, bu barədə CIA-nın hesabatına istinadən “The Atlantic” məlumat yayıb.

Bundan əlavə, qeyd olunub ki, HƏMAS 7 oktyabr hücumundan sonra öz sıralarına minlərlə yeni tərəfdar toplaya bilib. KİV-in analitiklərinin fikrincə, Bayden administrasiyası İsrailin HƏMAS-ı məğlub etmək imkanını itirməkdən qorxur:

“Vaşinqton həmçinin İsraili Qəzza zolağındakı əraziləri təmizlədikdən sonra onlara nəzarət edə bilməməkdə, mülki əhalidən və dünya ictimai rəyindən uzaqlaşmaqda, HƏMAS-a daha minlərlə döyüşçü cəlb etməyə imkan verməkdə tənqid edir”.

Bayden administrasiyasının adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi nəşrlə söhbətində deyib ki, onlar İsraili hərbi əməliyyatların dayandırılması strategiyası ilə təşviq etmək istəyirlər.

Rafi Müslümov

COP29

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv