ABŞ Livandakı diplomatlarını təxliyə etdi

media-hightechnic-468x90

ABŞ Dövlət Departamenti amerikalı diplomatlara və onların ailə üzvlərinə Livanı tərk etməyi əmr edib. Bu qərarın verilməsinə səbəb İranla münasibətlərdə yaranan gərginliyin kritik həddə çatmasıdır.

media-banner_tkm

Yenicag.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi bu məlumatı AP agentliyi ilə söhbətində təsdiqləyib.

Regiondakı təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi göstərib ki, səfirlik əməkdaşlarının sayının azaldılması hazırda ən məqsədəuyğun addımdır. Verilən göstərişə əsasən, diplomatik nümayəndəlikdə yalnız fəaliyyəti mütləq hesab edilən personal qalacaq.

Vaşinqtonun bu addımı İranla mümkün hərbi eskalasiya zamanı münaqişənin daha genişmiqyaslı xarakter alacağına işarə edir. Xüsusilə Livandakı “Hizbullah” qruplaşmasının döyüşə qoşulması və İsrailin buna cavab olaraq Livan ərazisinə ağır zərbələr endirməsi ehtimalı ABŞ-ni ciddi narahat edir./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05