ABŞ NARAHATDIR: "Türkiyənin Rusiyaya hərbi mal ixracı kəskin artıb" - FOTO

media-hightechnic-468x90

Türkiyənin Rusiyaya hərbi mal ixracı kəskin artıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bildirilir ki, Moskvanın hərbi maşınları üçün lazım olan malların Türkiyədən Rusiyaya ixracı bu il kəskin şəkildə artıb.

FT yazır ki, bu, ABŞ və müttəfiqlərinin qorxularını artırıb. Onlar hesab edirlər ki, bu ölkə öz istehsalçılarından həssas malların tədarükü üçün kanal rolunu oynayır.

Qeyd olunur ki, 2023-cü ilin ilk doqquz ayında Türkiyə ABŞ ölkələrinə, Rusiyaya və Moskvaya vasitəçilik xidməti göstərməkdə şübhəli bilinən keçmiş SSRİ-nin 5 ölkəsinə 45 adda maldan 158 milyon dollar dəyərində ixrac etdiyini bildirib.

Bu, Ukraynada müharibənin başladığı 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Xuraman Etibarlı

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05