"ABŞ nə qırıcını verir, nə də pulu qaytarır" - Ərdoğan

media-hightechnic-468x90

Türkiyə ABŞ-dən nə döyüş təyyarələrini, nə də onlara ödənilən pulu alıb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“S-400 almağımızla bağlı heç nə təklif etmədən bizi təhdid edənlər var idi. İndi biz F-16-ların tədarükü ilə bağlı danışıqlar aparırıq, lakin bizə rədd cavabı verilir. Bizə F-35 təyyarələri vəd etdilər, lakin sözlərini tutmadılar. Baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarə yoxdur, pul da qaytarılmayıb”, – o bildirib.

Ərdoğan Türkiyənin hər zaman sözünü tutduğuna və tərəfdaşlarından da bunu gözlədiyinə diqqət çəkib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600