ABŞ-nin 50 günlük planı – Vaşinqton savaşı yenidən DİZAYN EDİR

media-hightechnic-468x90

“ABŞ yeni reallıqlar formalaşdırmaq istəyir. Bu isə yalnız döyüşlərin gedişatı ilə mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

media-994fdb034e-asif-nerimanli-azerbaycan-danisiqlar-prosesinde-fransanin-istirakina-imkan-vermir

O, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə Ukrayna müharibəsi ilə bağlı tələbinin pərdəarxası detallarından danışıb.

Politoloq bildirib ki, ABŞ Rusiyanı təzyiq altında saxlayıb danışıqlar masasına məcbur etmək istəsə də bəzi qaranlıq detallar gözdən yayınmır:

“İlk olaraq başlayaq 50 gün möhlət məsələsindən. Sual yaranır ki, niyə indi yox, məhz 50 gün sonra? Böyük ehtimal ki, Tramp Kreml ilə təmasları tamamilə kəsməkdə maraqlı deyil. Digər tərəfdən isə Ukraynaya silah yardımları davam etdirilir. Nəzərə alınmalı digər məqam isə ABŞ-nin silah satışından milyardlarla dollar qazanc götürməsidir”.

Onun sözlərinə görə, Ukraynanın güclü silahlanma ilə müdafiəni gücləndirməsi istəyinə nail ola bilməyən Rusiyanı danışıqlara məcbur edəcək:

“Tramp isə bu addımı ilə həm danışıqları bərpa edəcək, həm də silah satışından yüksək gəlir götürəcək. Qısacası, 50 gün vaxt verilməsinin pərdəarxası məhz bu plandan ibarətdir. Əlavə olaraq ABŞ bu müharibədə yeni reallıqlar formalaşdırmaq istəyir. Əgər Moskvanın mövqeyi güclənərsə, Tramp Kiyevin güzəştə getməsini tələb edəcək. Əksi olarsa, yəni Ukrayna Rusiyanı dayandıra bilsə, bu dəfə Moskvanın tələblərini azalmasını istəyəcək. Yox, əgər tərəflərdən heç biri üstünlük qazanmasa, ABŞ öz təklifləri ilə danışıqların yeni mərhələsində maraqlı olacaq. Bir sözlə, ABŞ yeni reallıqlar formalaşdırmaq istəyir. Bu isə yalnız döyüşlərin gedişatı ilə mümkündür”.

Nəsimi Ələsgərli

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600