Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda Zəfər parkını ziyarət edib.
Yenicag.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.













