ABŞ-nin sanksiya təzyiqi qlobal savaşa yol aça bilərmi? – Ekspert TƏHLİLİ

media-hightechnic-468x90

Hazırda ABŞ administrasiyası Moskvanın kompromisə getmədiyi təqdirdə, Rusiyanın əsas ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin sonlanması üçün ABŞ-nin təzyiqlərini təhlil edən “DefenseNews” nəşri yazıb.

Təhlil məqaləsində qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh razılaşmasının avqustun 8-dək əldə olunmasına təkan versə də ekspertlər belə bir nəticənin qısa müddətdə əldə olunmasını real saymırlar.

Bildirilir ki, Tramp iyulun sonunda Rusiya Prezidenti Vladimir Putinə verilmiş 50 günlük müddəti 10-12 günə qədər qısaltdığını açıqlayıb. Bununla belə analitiklər hesab edirlər ki, bu addım daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilməlidir. Çünki döyüş meydanında əsaslı dəyişikliklər baş vermədikcə, danışıqlarda irəliləyiş gözləmək çətindir.

Litvanın Rusiyadakı keçmiş səfiri Eitvidas Bayarunas və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Mariya Sneqovaya bildirirlər ki, Putinin Ukraynaya qarşı strateji məqsədləri dəyişmədiyi üçün bu cür təşəbbüslərin uğur şansı azdır.

Hazırda ABŞ administrasiyası Moskvanın kompromisə getmədiyi təqdirdə, Rusiyanın əsas ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyi nəzərdən keçirir. Bu sanksiyalar daha çox Hindistan, Çin və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yönəlik ola bilər. Məsələn, Hindistana artıq bəzi tariflər tətbiq olunub, lakin Rusiya neftinin alınması davam edərsə, əlavə rüsumlarla qarşılaşa bilər. Çin isə artıq yüksək ABŞ tarifləri ilə üzləşsə də, onun Rusiya ilə hərbi və iqtisadi əlaqələri Vaşinqtonun əlavə tədbirlər görməsinə səbəb ola bilər.

BƏƏ isə Rusiyanın sanksiyalardan yayınma cəhdlərində vasitəçi rolunda ittiham olunur. ABŞ bu ölkələrdəki limanlar, banklar və gəmiçilik şirkətləri kimi kritik infrastruktur obyektlərinə qarşı sanksiyalar tətbiq etməklə təzyiqi artırmağı planlaşdırır. Ekspertlər hesab edirlər ki, bu addımlar Rusiya iqtisadiyyatına dolayı təsir göstərsə də, Moskvanın Çinə daha çox yaxınlaşmasına və sanksiyalardan yayınma cəhdlərini gücləndirməsinə yol aça bilər.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa