ABŞ nümayəndəsi ilə görüşdən qabaq Putinin GÜC NÜMAYİŞİ: "Ukraynanın kapitulyasiya aktına imza atması üçün..."

media-hightechnic-468x90

“Gerasimovun Pokrovskını nəzarət altına almaq məruzəsi informasiya müharibəsində növbəti gedişatdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aqşin Kərimov səsləndirib. media-aqsin_kerimov

 

Politoloq qeyd edib ki, Rusiya Pokrovskın şimal istiqamətində bəzi mövqelərdə möhkəmlənə bilmir:

“Onlar Ukrayna qoşunlarının məhdud səviyyədə olsa da, müqaviməti ilə üzləşirlər. Hazırkı irəliləmə tempi davam edərsə, bu minvalla Rusiya bir neçə onilliyə Ukrayna ərazilərinin tamamını tuta bilər. Bu hərbi əməliyyatlar baxımından Müharibə Tədqiqatları İnstitutunun apardığı hesablamalara dayanan bir fikirdir. Buna baxmayaraq, Rusiyanın irəliləmə tempində müəyyən inkişaf baş verə bilər. Bu, əsasən, Ukraynanın müqavimət gücünün zəifləməsi və Ukrayna qoşunlarında yaranan şəxsi heyət çatışmazlığı ilə bağlıdır. Digər tərəfdən isə ABŞ-dən Ukraynaya təzyiqlərin artması və Ukraynanın kapitulyasiya aktına imza atması üçün təzyiq edilməsi Kiyevi daha çətin duruma salır. Digər yandan, Ukraynada korrupsiya əməliyyatları başlayıb. Bu əməliyyatlar Ukraynanın müqaviməti üçün lazım olan siyasi iradəyə olduqca neqativ təsir göstərir”.

A. Kərimov hesab edir ki, Pokrovskının nəzarətə götürülməsinin açıqlanması Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun Moskva səfərində qazanılmış uğur olaraq təqdim etmək istəməsidir:

“Ona görə də Pokrovskın tutulması ilə bağlı edilən məruzə daha çox informasiya əməliyyatına bənzəyir. Hərçənd Rusiyanın o istiqamətdə irəliləməsində əhəmiyyətli şəkillənmə var və Rusiya artıq Pokrovsk, Mirnoqorod istiqamətində Ukrayna qoşunlarını mühasirəyə almağı bacarıb, getdikcə Ukrayna qoşunlarının mühasirəsi daralır. Ukraynanın müqavimət gücü zəifləyir, bunun fonunda isə Rusiya cəbhənin bir çox istiqaməti üzrə əlavə əməliyyat aparılması üçün şansları yaranır.

Bütün müharibələrdə olduğu kimi, Rusiya informasiya propaqanda alətlərinə daha çox üstünlük verir və hər edilən rəsmi məruzə yerdəki reallıqları olduğu kimi əks etdirməyə bilər. Ümumilikdə, Rusiyanın tutduğu ərazilərin miqyasına baxsaq, bu, Ukrayna üçün böyük çətinliklər yaradır və Ukraynanın həmin əraziləri qaytarması üçün lazım olan resursları tükənir, Qərbdən verilən dəstək belə Kiyevin köməyinə çatmır. Bu əsnada Zelenski daha çox Rusiyanın daxilinə fokslanan əməliyyatlara üstünlük verə bilər ki, Putini müharibə ambisiyalarından çəkindirsin. Rusiyanın daxilində olan kəşfiyyat və təhlükəsizlik boşluqları Ukrayna üçün bu şansı verir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa