ABŞ PKK ilə bir masaya oturdu – Suriya nefti uğrunda savaş qızışır

Terror təşkilatı PKK-nın Suriya qolu ABŞ şirkəti ilə “Suriya Demokratik Qüvvələri”nin Baş Komandiri Mazlum Kobani arasında Fıratın şərqindəki neft əməliyyatı ilə əlaqəli bir saziş imzalamasını “Kürt Özerk administrasiyasının siyasi tanınması və ABŞ ordusunun qalmasına zəmanət ” kimi dəyərləndirib.

Yenicag.az xəbər verir ki, Trump ilə yaxınlığı ilə tanınan respublikaçı senator Lindsey Graham ABŞ dövlət katibi Mayk Pompeonun da qatıldığı konqres iclasında Kobani ilə görüşüb və Kobaninin ABŞ şirkəti ilə neft əməliyyatı üçün razılaşma imzaladığını deyib.

“Bu bölgədəki hər kəsə kömək etmək üçün ən yaxşı yoldur”, -deyə əlavə edib.

Suriyanın rəsmi xəbər agentliyi SANA-ya açıqlama verən Suriya Xarici İşlər Naziri “Suriya Demokratik Qüvvələri ilə ABŞ-ın neft şirkəti arasında ABŞ-ın dəstəyi ilə Suriya neftini oğurlamaq üçün imzalanan razılaşmanı qətiyyətlə rədd edir və heç bir qanuni müddəasının olmadığını düşünürəm”,- deyə bildirib.

O, “oğurlayan və satan oğrular arasında imzalandığını” qeyd etdiyi müqavilənin Suriyanın suverenliyinə təhdid yaratdığını vurğulayaraq ABŞ-ın Suriya xalqının sərvətlərini oğurlamaq üçün düşmənçilik meyllərinin davam edəcəyini vurğuladı.

COP29