ABŞ rəsmisi: "Qəzzada atəşkəs hələ də qüvvədədir"

media-hightechnic-468x90

İsrailin atəşkəs pozuntuları ilə bağlı ittihamlarından sonra Qəzzaya hücum təhdidlərinə baxmayaraq, atəşkəs hələ də qüvvədədir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu “Al Jazeera”yə adı açıqlanmayan ABŞ rəsmisi deyib.

Rəsmi qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın sülh planı bir sıra çətinliklərlə üzləşsə də, administrasiya onun reallaşacağına inanır.

“Qəzzada atəşkəs razılaşması hələ də qüvvədədir və biz Prezident Trampın sülh planının həyata keçirilməsi üçün işimizi davam etdiririk,” – rəsmi bildirib.

“İki illik münaqişədən sonra Qəzzada daimi sülhə keçid çətin bir vəzifədir”, –  o əlavə edib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına “dərhal və güclü zərbələr endirməyi” tapşırıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05