ABŞ Rusiya ilə Qarabağ əməkdaşlığını davam etdirəcək
“Dağlıq Qarabağ konfliktinin həllində ABŞ-la Rusiya bundan sonra da əməkdaşlıq edəcək”.
Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb.
O, Ukraynadakı hadisələri Qarabağdan uzaq tutmağın vacib olduğunu yazıb. “ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərini qəbul etməsə də, bəzi bölgələrdə sülhün əldə olunması üçün birgə əməkdaşlığını davam etdirə bilər”.
axar.az