!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ səfirinin sərhəd ərazilərə gəlişində MƏQSƏD: Vaşinqton hansı təlimatı VERİB?

!Reklam – Yazi

 

“Səfirin Azərbaycanla sərhəd ərazilərə gəlməsində məqsəd delimitasiya ilə bağlı işlərlərlə tanış olmaqdan ibarətdir”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Avropa İttifaqının (Aİ) mülki missiyası ilə birlikdə ötən həftə Azərbaycan sərhəddinə gəlişini şərh edən politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, ABŞ ümumi mənada Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdır.

“Xüsusilə əsas faktor qarşıdan gələn prezident seçkilərində Co Baydenin seçki öncəsi sülhə nail olub, növbəti dönəm prezident olmaq hədəfidir. Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində iki ölkə XİN rəhbərlərinin görüşü də bu baxımdan təsadüfi deyil. Sülh müqaviləsi istiqamətində işlərin yekunlaşdırılmasına dair razılıq da əldə edildi”, – deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, rəsmi Bakının məsələyə baxış bucağı birmənalıdır.

“Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında əks olunan konstitutsiyası dəyişməlidir.

ABŞ-nin Ermənistandakı səfirinin Azərbaycanla sərhəd ərazilərə gəlməsində məqsəd delimitasiya ilə bağlı işlərlərlə tanış olmaqdan ibarətdir. Vaşiqntonun təlimatı olduğu aydın görünür. Hər halda, sülh istiqamətində işlər görülür, bunun özü belə müsbət hadisədir. İşlər qaydasında gedərsə, Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı keçiriləcək beynəlxalq tədbirə – COP29- qədər sülh müqaviləsinin imzalanması mümkündür”,- deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv