!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Şimali Koreyanın 3 yüksək vəzifəli məmurunu “qara siyahı”ya saldı

!Reklam – Yazi

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın 3 yüksək vəzifəli məmurunu sanksiya siyahısına daxil edib.

Yenicag.az-ın məlumatına görə, həmin şəxslər insan haqlarını pozmaq və senzura tətbiq etmək iddiası ilə sanksiyaya məruz qalıblar.

Sanksiya tətbiq edilən məmurlar Şimali Koreyanın dövlət təhlükəsizlik naziri Çon Kyon Tek, Çoy Rön Xe və Partiyanın Təbliğat və Təşviqat şöbəsinin müdiri Pak Kvan Xodur.

KXDR ABŞ-ın bu ölkənin ali rəhbərliyinin üç üzvünə qarşı yeni sanksiyalarını tarixi Sinqapur sammitinin xoşməramlı ruhuna zidd olan düşmənçilik aktı kimi qiymətləndirib.

Koreyanın “Rodong Sinmun” qəzetində qeyd edilib ki, Koreyanın Əmək Partiyasının üç üzvünün insan hüquqlarının müdafiəsi adı altında ABŞ-ın “qara siyahısı”na salınması “dözülməz” siyasi təxribat və KXDR-in Dövlət Şurasının sədri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında görüşün ruhuna uyğun olmayan düşmənçilik aktıdır.

www.yenicag.az

10203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv