ABŞ-siz Avropa ACİZDİR: Rusiya və Qərb arasında “maraqlar oyunu”nun YENİ MƏRHƏLƏSİ

media-hightechnic-468x90

“Rusiya Ukrayna fonunda özünün geosiyasi arenada çəkisini müəyyənləşdirir”.

Bu sözləri Rusiya Ukrayna müharibəsinin gedişi, artan böyük müharibə ehtimalı və gözlənənləri Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

O, bildirib ki, hazırda böyük müharibə gedir:

“Region cəhətdən baxsaq, Yaxın Şərqdə, Avropada, yəni Rusiya-Ukrayna fonunda müharibə gedir. Avropa müharibənin içindədir. Sadəcə Avropa şəxsi heyətini müharibəyə göndərməyib, atəş vasitələri, hərbi texnikalar göndərilib. Şəxsi heyət də muzdlu şəkildə iştirak edir. Sadəcə rəsmi şəkildə müharibə elan edilməyib. Müharibənin digər elementləri göz önündədir. Avropanın mövqeyi ABŞ-dən fərqli olaraq bu prosesi uzatmaqdır. Bu prosesi uzatmağın iki səbəbi var. Bir səbəbi ondan ibarətdir ki, Avropa çoxlu xərc çəkib, qarşılığında heç nə əldə etməyib. İkinci səbəb ondan ibarətdir ki, Avropa Rusiyanın Ukraynada qalib gəlməsindən ehtiyat edir. Əgər bu baş versə, Avropaya təzyiqlər artacaq. Avropa bu prosesin uzanmasında maraqlıdır”.

Onun sözlərinə görə, Rusiya Ukraynada qalib gəlsə, Avropaya heç bir hücum lazım deyil:

“Avropa prinsip cəhətdən siyasi təzyiq altında Rusiyanın maraqlarını müəyyən bir şəkildə nəzərə almalı olacaq. Məsələ ondadır ki, Avropa ABŞ-siz heç nə etmək istəmir. Bilir ki, ABŞ-siz gücü çatmayacaq. ABŞ də birbaşa iş görmək istəmir. Misal üçün ABŞ silahları verəcək Avropa ölkələrinə, Avropa ölkələri də onu Ukraynaya verəcək. ABŞ birbaşa ona görə etmək istəmir ki, Rusiya ilə münasibətləri korlamaq istəmir”.

Mütəxəssisin fikrincə, Avropaya Rusiyadan təhlükə yoxdur, ancaq ABŞ-dən var:

“ABŞ tələb qoyur ki, Avropa ölkələri Rusiyadan enerji daşıyıcıları almasın. Aydındır ki, Avropa ölkələri ehtiyac üzündən Rusiyadan enerji resursları alırlar. ABŞ də istədiyini Avropada həyata keçirmək istəyir. Rusiya Ukrayna müharibəsindən sonra Avropaya hücum edəcək. Rusiya Ukraynadan sonra Avropa ilə münasibətləri yoluna qoymağa çalışacaq ki, sanksiyalardan xilas olsun və iqtisadiyyatını inkişaf etdirsin”.

Həmsöhbətimiz əmindir ki, Rusiya Avropaya hücum etməyəcək:

“Ona görə ki birincisi, resursları tükənir, ikincisi isə bunun heç bir məntiqi yoxdur. Rusiyanın Ukraynadakı müharibədən çəkinməməsinin səbəbi bu müharibənin ruslar üçün ölüm-dirim savaşı olması ilə bağlıdır. Rusiya Ukrayna fonunda özünün geosiyasi arenada çəkisini müəyyənləşdirir. Əgər Rusiya geri çəkilsə, onun maraqları nəzərə alınmayacaq. Ya da ki, Rusiya Ukraynada istədiyinə nail olacaq və masada daha güclü olacaq. Rusiya bilir ki, Ukraynadan çəkilə bilməz”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa