ABŞ Suriya rəsmiləri ilə görüş keçirildiyini təsdiqlədi

media-hightechnic-468x90

ABŞ Dövlət Departamenti Suriya müvəqqəti hakimiyyəti arasında Vaşinqtonda ilk görüşün keçirildiyini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu, Bəşər Əsədin devrilməsindən sonra iki tərəf arasında ilk rəsmi təmas olub.

Məlumata görə, Suriyanın yeni rəhbərliyi keçən həftə ABŞ-yə səfər edərək Vaşinqton və Nyu-Yorkda bir sıra diplomatik görüşlər keçirib. Səfərin əsas məqsədi tətbiq olunan sərt sanksiyaların yüngülləşdirilməsinə nail olmaqdır.

Dövlət Departamenti danışıqların təfərrüatlarını açıqlamasa da, müvəqqəti hakimiyyəti ölkədə sabitliyi möhkəmləndirməyə, qonşularla sülhü təmin etməyə və iqtisadiyyatın bərpasına yönəlmiş siyasətlər yürütməyə çağırdığını bildirib.

Bəyanatda həmçinin qeyd olunub ki, münasibətlərin normallaşdırılması və ya sanksiyaların aradan qaldırılması yalnız müvəqqəti hakimiyyətin konkret inamyaradan addımlara müsbət cavab verməsindən asılı olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600