ABŞ Suriyada İrana məxsus pilotsuz təyyarəni vurdu - FOTO

media-hightechnic-468x90

ABŞ silahlı qüvvələri Suriyada İran istehsalı olduğu ehtimal edilən pilotsuz uçuş aparatını vurub. Pilotsuz təyyarə Amerika hərbi bazasının ərazisində kəşfiyyat aparan zaman vurulub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda qeyd edilib ki, fevralın 14-də yerli vaxtla təxminən saat 14:30-da Suriyadakı ABŞ qüvvələri atəş açıb və İran istehsalı olan PUA-nı vurub. PUA Suriyanın şimal-şərqindəki Konoko patrul bazası üzərində kəşfiyyat aparmağa cəhd edib.

Qurumun səhifəsində həmçinin iki fotoşəkil yayımlanıb ki, fotolarda PUA-nın və onun partladılması anının görüntüləri əks olunub.

CENTCOM-un açıqlamasında hadisə ilə bağlı başqa təfərrüat verilməyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05