ABŞ Suriyadan 600 hərbçisini ÇIXARACAQ

media-hightechnic-468x90

 

“ABŞ rəhbərliyi Suriyadakı hərbi kontingentini azaldaraq təxminən 600 hərbçini bölgədən çıxarmağa qərar verib. Hazırda ölkədə 1000-ə yaxın ABŞ hərbçisi qalacaq. Onlar, əsasən. kürd müttəfiqləri ilə birlikdə İŞİD-ə qarşı mübarizəni davam etdirəcəklər”.

Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

ABŞ hərbçiləri təkcə İŞİD-ə qarşı əməliyyatlar deyil, eyni zamanda, kürd qüvvələrinin Türkiyə ilə qarşıdurmasında bufer rolunu oynayır. Rəsmi Ankara kürd qüvvələrini terrorçu təşkilatlarla əlaqəli hesab edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp birinci prezidentlik dönəmində Suriyadan bütün hərbi qüvvələri çıxarmağa çalışsa da, Pentaqonun müqaviməti ilə üzləşmişdi. Bu qərar müttəfiqlərə arxa çevirmək kimi qiymətləndirildiyi üçün müdafiə naziri Cim Mettis istefa vermişdi.

600 hərbçinin çıxarılması ilə ABŞ qüvvələrinin sayı bir neçə il ərzində olduğu səviyyəyə qayıdacaq. ABŞ və müttəfiqləri İŞİD-ə qarşı uzunmüddətli kampaniyanın nəticəsi olaraq bölgədə sabitliyi bərpa etməyə çalışırdılar. Hazırda ABŞ-nin Suriyada təxminən 900 hərbçisi qalır. Onların əsas məqsədi İŞİD-in yenidən möhkəmlənməsinin qarşısını almaq və İrandan dəstək alan döyüşçülərin Cənubi Suriya vasitəsilə silah qaçaqmalçılığına mane olmaqdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600