!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Türkiyəyə qarşı yeni sanksiyaları açıqladı - Bu dəfə Ərdoğan hədəf alındı - SİYAHI

!Reklam – Yazi

ABŞ-ın Türkiyəyə tətbiq edəcəyi yeni sanksiyalar açıqlanıb. 

Yenicag.az xəbər verir ki, sanksiyalar hərbi maliyyə köçürmələri, “Halkbank”, S-400 alımı, Prezident Ərdoğanın və ailə üzvlərinin mal varlığının araşdırılması istiqamətində tətbiq ediləcək.

Qeyd edək ki, bu siyahını Respublikaçı senator Linsey Qraham və Demokrat senator Kris Van Holen açıqlayıb.

Qraham qeyd edib: “Amerikanın 3 ayaqlı olduğunu görəcəklər. Ceferiyə zəng edərək Ankaraya tez Kürt müttəfiqlərimizə qarşı əməliyyatları dayandırmaq lazım olduğunu söylədim”.

“Konqresdə İŞİD-i yenidən dirildəcək, Kürt müttəfiqlərimizi məhv edəcək və İranın əlini açacaq bu əməliyyatlara qarşı fikirlər səsləndirəcəyik. Biz danışarkən insanlar ölməyə davam edir. Türiyə səlahiyyətlilərini Prezident Trampın etdiyindən daha pis sanksiyalarla üz-üzə qoyacağıq” – deyə, Qraham əlavə edib.

Həşim Səhrablı 

COP29

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv