ABŞ və İran arasında "nəfəs kəsən" atəşkəs: Sülh, yoxsa qüvvələrin yenidən toplanması?

media-hightechnic-468x90

Regionda gərginliyin zirvə nöqtəsində olduğu bir vaxtda ABŞ və İran arasında mümkün İslamabad görüşü beynəlxalq gündəmin bir nömrəli mövzusuna çevrilib. Rəsmi Tehranın inkar etməsinə baxmayaraq, yüksək səviyyəli fiqurların iştirakı ilə gizli danışıqların aparıldığına dair iddialar “Böyük sövdələşmə” ehtimalını artırır.

media-banner_tkm

Bəs, tərəflər arasında elan olunan müvəqqəti atəşkəs regiona sülh gətirəcək, yoxsa bu, sadəcə qüvvələrin yenidən toplanması üçün “taktiki fasilə”dir?

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, İslamabad görüşündə gözlənilməz və səs-küy yaradacaq nəticələr əldə edilə bilər:

“Araqçi və Qalibaf kimi yüksək səviyyəli fiqurların ABŞ-la danışıqlar üçün İslamabada getdiyi barədə yayılan məlumatlar və Tehranın bunu inkar etməsi faktı göstərir ki, proses olduqca həssasdır. Hətta danışıqlar baş tutsa belə, hər şeyin rəvan gedəcəyi ehtimalı aşağıdır. Əgər bu atəşkəs taktiki fasilə xarakteri daşıyırsa, tərəflər sadəcə qüvvələrini yenidən toplamaq üçün vaxt qazanırsa, o zaman real və nəticəyönümlü sülhdən söhbət gedə bilməz. Hər iki tərəfdə sərt xətt tərəfdarları belə bir dialoqa skeptik yanaşır və bu, prosesin davamlılığı üçün risk yaradır”.

Politoloqun fikrincə, İsrailin və SEPAH-ın prosesə təsiri danışıqların taleyini həll edəcək əsas faktordur:

“İsrailin ABŞ-ın atəşkəs qərarından narazılığı və SEPAH-ın mövqeyi ortadadır. Danışıqların uğuru ABŞ-ın İsrailin istəklərinə yanaşmasından və Tehranın SEPAH-ın təsiri altında qalıb-qalmayacağından asılı olacaq. Uranın saflaşdırılması, ballistik raketlər və proksi qüvvələrə dəstək kimi şərtlər müharibədən əvvəl də masada idi və tərəflərin mövqeyi dəyişməyib. ABŞ-ın bu tələblərdən geri çəkilməsi də inandırıcı görünmür”.

Rəşad Bayramovun sözlərinə görə, sanksiyaların yumşaldılması qarşılığında müvəqqəti razılaşmalar mümkündür:

“İndiki mərhələdə davamlı sülh ehtimalları zəif olsa da, Hörmüzdə keçidin bərpası müqabilində hansısa sanksiyaların yumşaldılması və atəşkəsin uzadılması haqqında qərarlar ola bilər. Lakin hər iki tərəfin özünü qalib elan etdiyi bir şəraitdə, bir-birinə zidd olan maksimalist tələblərin qəbulu faktiki olaraq mümkünsüz görünür”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05