ABŞ və İsrail Fələstini aldatdı - ŞƏRH

media-hightechnic-468x90

“ABŞ və İsrail Fələstini aldatdı”.

media-418774954_0_0_2000_1258_1400x0_80_0_0_395490c9167163928c2ad515903efc61

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

 

Politoloq Qəzza bölgəsində yenidən alovlanan müharibəni şərh edərək sülh danışıqlarının müvəqqəti olduğunu qeyd edib:

“Qəzzadakı vəziyyət əslində gözlənilən idi. İsrailin özündə də etiraf edirlər ki, əldə edilən sülh danışıqları sadəcə olaraq əsirləri qaytarmaqla bağlı idi. Bununla bağlı Netanyahu hökuməti üzərində çox ciddi təzyiq vardı. İndi əsirlər qaytarıldıqdan sonra əməliyyatların bərpa edilməsi və HƏMAS-ın tamamilə məhv edilməsi kimi fikirlər səsləndirilir. İsrailin Milli Təhlükəsizlik naziri bu barədə çox aktiv şəkildə fikirlər bildirir. Bu bir daha onu göstərir ki, sülh danışıqları heç də səmimi deyildi. Əslində baş verənlər açıq aydın şəkildə gözlənilən məsələ idi. Sülh danışıqları başa çatdıqdan və əsirlər qaytarıldıqdan sonra ABŞ və İsrail bir bəhanə taparaq günahı HƏMAS-ın üstünə yıxacaqlar və bundan sonra da real əməliyyatlara başlayacaqlar”.

Politoloq iddia edir ki, ABŞ və İsrailin əsas məqsədi Qəzza bölgəsini fələstinlilərdən təmizləyib yəhudi yaşayış məskənləri salmaqdır:

“Buradakı əsas missiya Qəzzadan insanların köçürülməsini təmin etmək. Yəni, insanlar bezib getsin. Getmək istəməyənləri də fiziki cəhətdən məhv edərək Qəzzanı tamamilə insansızlaşdırmaqdır. Burada yeni yəhudi yaşayış sahəsi salmaq istəyirlər. Bir sözlə Qəzzanı İsrailin tərkibinə qatmaq istəyirlər. İndi İsrail İordan çayının qərb sahillərində yaşayış məskənləri salır, Fələstin ərazisinə düşən şərq sahili də özününküləşdirmə prosesi aparır. Ramallah və digər bölgələrə tez-tez müdaxilə edirlər. Qüdsün şərq hissəsini isə İsrail konkret olaraq özəlləşdirib. Geriyə qalan Qəzza bölgəsini ələ keçirmək və HƏMAS-ı məhv etməkdir. Bir tərəfdən Fələstin Müqavimət Hərəkatını sıradan çıxarmağa çalışırlar, digər tərəfdən isə gələcəkdə yaranacaq Fələstin dövlətçiliyini məhv etmək siyasəti yaradırlar. Netanyahu hökuməti özü də dəfələrlə bəyan edib ki, biz Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyik. Son olaraq görünən odur ki, sülh danışıqları heç də səmimi deyil. Faktiki olaraq ABŞ və İsrail bu məsələdə Fələstini aldatdılar.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa