ABŞ Venesuelada məğlub olacaq - SƏBƏBLƏR

media-hightechnic-468x90

“ABŞ Venesuelada məğlub olacaq”.

Bu sözləri ABŞ ilə Venesuela arasındakı gərginlik, bunun səbəbləri və hərbi toqquşmaya keçmə ehtimalını Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, ABŞ Venesuelaya hərbi müdaxilə edəcək:

“ABŞ-nin maliyyə vəziyyəti ağırdır, 37 triliyon borcu var. Müttəfiqlərin boynuna yük qoyur. Yaponiyanı və Cənubi Koreyanı məcbur edir ki, 350 milyard dollar ABŞ-yə yatırım etsin. Bundan əlavə Avropanın boynuna 650 milyard, ərəb ölkələrinin boynuna isə daha böyük yük qoyub. ABŞ-nin qonşuluğundakı Venesuelada dünyanın ən böyük neft yataqları, zəngin qızıl və digər təbii sərvətləri var. Ona görə də, cürbəcür uydurmalar ortaya atırlar, Venesuelanı narkotikə görə ittiham edirlər. Narkotik və terror ittihamı ilə istənilən ölkəyə qarşı təcavüzə baş vurmaq asandır. Vaxtilə Panamanın prezidentini də narkotikə görə həbs edib gətirib ABŞ həbsxansında öldürdülər. Terror ittihamı ilə İraqı, Suriyanı, Əfqanıstanı viran qoydular. İsrail Qəzzada vəhişiliklər törətdir, soyqırım həyata keçirir, ABŞ deyir, soyqırım deyil. Yəni, 60 min insanı elə-belə öldürüblər. Ancaq Venesuelada narkotik təhlükəsi var. Ona görə ABŞ açıq sularda, məhkəmə qərarı olmadan, dinləmələr olmadan katerləri vururlar və onların içərisindəki insanlar ölür. Hətta o katerlərdə narkotik daşıyan adamlar varsa, ABŞ qanunlarına görə narkotikə görə ölüm cəzası yoxdur. Ancaq sülh mükafatına namizəd olan Donald Tramp, elə ondan əvvəlki Obama və Co Bayden də xarici vətəndaşları öldürməyi heç bir şey hesab edirlər”.

Politoloq qeyd edib ki, böyük ehtimalla Venesuelaya hücum olacaq:

“Venesuela hakimiyyəti ölkəsini necə müdafiə edəcəyini görəcəyik. Venesuela ordusunun böyük əksəriyyəti hakimiyyətə sadiqdir. Təbii ki, hər bir orduda narazı komandirlər ola bilər. Görünür Trampı inandırıblar ki, Venesuelanı tutmaq asan olacaq. Hər dəfə hansısa bir müharibəni başlamazdan əvvəl ABŞ mütəxəssiləri hökuməti inandırırlar ki, çox az hərbi qüvvə, çox az xərclə və qısa zamanda parlaq qələbə qazanmaq mümkündür. Vyetnam, Əfqanıstan, İraq müharibəsində də bunu deyirdilər. 60-cı ildən ABŞ çalışır ki, Kubada hökuməti devirsin. 64 ildir çalışırlar, ancaq bacarmırlar. ABŞ yalnız bir dəfə qələbə qazanıb, o da İkinci Dünya Müharibəsində SSRİ və Böyük Britaniya ilə birgə. Ondan sonra hər dəfə ağır məğlubiyyətə uğrayıblar. ABŞ Venesuelada da məğlub olacaq. Venesuelanın relyefi çox ağır olan ölkədir. Orada müharibə aparmaq asan olmayacaq”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa