"ABŞ yenidən Əfqanıstana qayıdır" - DAHA BİR CƏBHƏ AÇILIR

media-hightechnic-468x90

“ABŞ yenidən Əfqanıstana qayıtmaq istəyir.”

media-screenshot_105

“Əfqanıstan-Pakistan arasındakı problemin tarixi  kökləri uzun zamana dayanır və bunun müxtəlif səbəbləri var. Lakin son qarşıdurma Talibanla Pakistan arasındakı  münasibətin nəticəsidir.

Bunu “Yeniçağ”-a  açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

 

“Birincisi, Taliban və Pakistan hakimiyyəti arasında dini və etnik fərqliliklərdən qaynaqlanan gərginlik və buna görə də qarşıdurma uzun tarixə malikdir.  İkincisi, Talibanın Əfqanıstan və Pakistanda iki qolu var, lakin onların hər ikisi 1990-cı illərin əvvəllərində Pakistanın şimalında  yaranıb. Onların əksəriyyəti 1893-cü ildə Əfqanıstan və Britaniya Hindistanı arasında Durand xətti ilə bölünmüş daha böyük puştinlərdir. Üçüncüsü, Pakistan Talibanı uzun müddətdir ki, Pakistan ərazisində döyüşür. Pakistandakı Taliban hərəkatı Əfqanıstandakı Talibandan müstəqil fəaliyyət göstərir, lakin onlar əlaqələr saxlayır və bir-birlərinə kömək edirlər. Pakistan Talibanı böyük bir əraziyə nəzarəti ələ keçirməyə çalışır”.

 

Onun fikrincə, onların uğur qazanmaq şansları sıfıra bərabərdir:

“Bunun nəticəsidir ki, Pakistan ordusu vaxtaşırı Əfqanıstana qaçan yerli Talibana ağır zərbələr endirir. İndi vəziyyət daha da gərginləşib. Oktyabrın 9-da axşam saatlarında beynəlxalq media Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın paytaxtı Kabildə “Təhrik-e-Taliban” Pakistan lideri Nur Vəli Məsudu öldürdüyünü bəyan edib. Bu arada Əfqanıstan Talibanının sözçüsü Zabihullah Mücahid Kabildəki partlayışı təsdiqləsə də, onun mahiyyəti və səbəbi barədə heç bir məlumat verməyib. İndi Pakistan Əfqanıstan Talibanının daxili hücumlarına, Kəşmirdəki gərginliyə və Hindistanla vaxtaşırı qarşıdurmaya əlavə olaraq Əfqanıstan Talibanı ilə sərhəddə daha bir cəbhə yaratmaq riski ilə üzləşir”, – o qeyd edib.

Siyasi şərhçi əlavə edib ki, hazırkı vəziyyətdən ən çox Çin narazıdır, çünki Pekinin həm Əfqanıstanda, həm də Pakistanda bir çox maraqları var:

“Buna görə də Çin Mərkəzi və Cənubi Asiyada eskalasiyadan narahatdır.

Amma Çindən fərqli olaraq Hindistan iki ölkə arasında gərginlikdə maraqlıdır.  Hindistan Talibanın hər iki qolunu dəstəkləməklə bölgədə gərginliyin yaranmasında, xüsusən də Pakistanın mövqelərinin zəifləməsində maraqlıdır.

Digər tərəfdən son dövrlərdə ABŞ regionda  yenidən mövqelərinin gücləndirmək üçün xaosda maraqlıdır. ABŞ bununla həm yenidən Əfqanıstana qayıtmaq, həm də Çinin bölgədəki təsirini zəiflətmək istəyir.

Lakin baş verən proseslər fonunda Talibanın zəifləyərk siyasi səhnədən gedəcəyini düşünmək sadəlövhlük olar. Çünki Əfqanıstandakı Taliban bir çox güclər tərəfindən dəstəklənir.  Bu özünü sonuncu qarşıdrumada da özünü büruzə verdi”.

 

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa