“Abşeron” BK heyətini yeni basketbolçu ilə gücləndirib.
Bu barədə Yenicag.az-a klubun mətbuat xitmətindən məlumat verilib.
Türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər “Abşeron”un uğurları üçün çalışacaq.
24 yaşlı oyunçu son olaraq ölkəsinin 1-ci liqa komandası “Kapaklıspor”da çıxış edib.
O, karyerası ərzində “Tofaş” və “Yalovaspor”un da şərəfini qoruyub. Türkiyəli basketbolçu “Tofaş”da keçirdiyi illər ərzində Avropa Kuboku, Çempionlar Liqası kimi turnirlərdə forma geyinib.
www.yenicag.az