“Abşeron” heyətini yeni oyunçu ilə gücləndirdi

media-hightechnic-468x90

Yeni mövsümə hazırlıqları davam etdirən “Abşeron” heyətini daha bir yerli basketbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, U-18 millisinin üzvü olan İsmayıl Abdullayevlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, buna qədər “Abşeron” heyətini ABŞ-li basketbolçular Sedrik Conson, Caca Devis, Lari Robinson, Djalen Şou, yerli basketbolçulardan isə Hüseyn Məmmədovla gücləndirib.

Ötən mövsüm komandanın şərəfini qorumuş Nəcəf Babayev və Elçin Salmanzadə ilə isə müqavilənin müddəti daha bir il artırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa