Abşeronda kütləvi davada 6 nəfər bıçaqlandı - Ölənlər var

media-hightechnic-468x90

Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı 6 nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.

Dava zamanı ağır xəsarət almış 2 nəfər – H.Cabbarov hadisə yerində, M.Məmmədov isə xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır./Report/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05