Abşeronun bir hissəsi niyə işıqsız qalıb? - AÇIQLAMA

media-hightechnic-468x90

Abşeron rayonunun Saray qəsəbəsinin elektrik təminatında problem yaranıb.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Bildirilib ki, qəsəbənin elektrik verilişi ötən gün saat 23:09-da dayandırılıb. Hazırda Saray qəsəbəsinin 60%-dən çox hissəsində elektrik enerjisi yoxdur.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidməti faktı təsdiqləyib.
Bildirilib ki, problem həqiqətən var və hazırda ərazidə təmir briqadası işləyir.

Qeyd olunub ki, işlərin yekunlaşması haqda əlavə məlumat veriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa