Abubakar xəstəxanaya yerləşdirildi

media-hightechnic-468x90

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı hücumçunun dünən məşqdən sonra halı pisləşib. Kamerunlu forvard bu səbəbdən ötən gecə xəstəxanada qalıb və hazırda onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, “Beşiktaş” oktyabrın 30-da Türkiyə Superliqasının növbəti turunda “Qaziantep”i qəbul edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600