“Bakı meri vəzifəsinə təyinat olmasa da, müavinlər var, onlar idarə edirlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Vahid Əhmədovun fikrincə, Bakı şəhər icra hakimi vəzifəsinə kimin təyin edilməsi birbaşa dövlət başçısının səlahiyyətindədir və onun uyğun bildiyi vaxtda həmin vəzifəyə təyinatla bağlı qərar veriləcək:
“Bu, prezidentin səlahiyyətində olan bir məsələdir. Prezident kimi və nə vaxt lazım bilsə, onda da təyinat olacaq.
Yəni bu təyinatın hələ baş verməməsində qeyri-normal heç nə yoxdur. Bakı meri vəzifəsinə təyinat olmasa da, müavinlər var, onlar idarə edirlər də”.
Yeni merin kimliyi haqda qəti fikir söyləmək çətindir. Mətbuatda müəyyən yazılar gedir, bir neçə nəfərin adı çəkilir… Ancaq yenə deyirəm, cənab prezident kimi lazım bilsə, onu da təyin edəcək.
Məsələ onsuz da gündəlikdədir, gec-tez təyinat olmalıdır. Kimin təyin olunacağını qərardan sonra biləcəyik”.
A.Zeynalov
www.yenicag.az