Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunda mübarizəyə start veriləcək. Yeniçağ.az-ın məlumatına görə, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək. Yığmamızın ilk rəqibi Bosniya və Herseqovina millisi olacaq.
Qrupdakı digər oyunda isə Macarıstan Albaniya ilə üz-üzə gələcək.
AÇ-2018-in seçmə mərhələsi
B qrupu
I tur, 8 aprel
16:00. Macarıstan – Albaniya
Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)
Bakı İdman Sarayı
18:30. Azərbaycan – Bosniya və Herseqovina
Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı
Yeniçağ.az
www.yenicag.az