!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AÇIQ MƏKTUB: Əmr verin, Ali Baş Komandan!

!Reklam – Yazi

AÇIQ MƏKTUB

Cənab Ali Baş Komandan!
Cənab Prezident İlham Əliyev!

Bir ölkənin Generalları, Korpus və Briqada komandirləri atəşkəs dönəmində, təxribat nəticəsində, xüsusən də öz ərazisində öldürülürsə, bu, artıq qaçılmaz bir müharibədir.

Bilirik ki, müharibə ölüm, acı, itki, əsirlik, gözüyaşlı ailələr və ağrı-acılı bir durumdur.

Lakin uzun illər əsirlikdə zorlanan qadınların, divara mismarlanan uşaqların, süngüyə keçirilmiş hamilə anaların, günahsız həmvətənlərimizin qisasını almağın, itirilmiş torpaqlarımızı, ata-babalarımızın tapdaq altında qalan qəbirlərini işğaldan azad etməyin vaxtı çatıb.

Cənab Prezident, ƏMR verin!

Bu müharibə HAQQ müharibəsidir. Allahın bizə müqəddəs Quranda buyurduğu HAQQ müharibəsi: “Vuruşun, sizə qarşı vuruşanlarla siz də vuruşun”, “Sizi çıxartdıqları yerlərdən siz də onları çıxardın”, “Xoşlamadığınız halda döyüş sizə vacib edildi”,- deyib Yaradan.

Əmr verin. Biz gedək ki, bu müharibə övladımızın taleyinə qismət olmasın. Biz vuruşaq və gələcək nəsillərin gözünə dik baxaq. Babalarımızın bizə miras qoyduğu torpaqlarımızı murdar işğalçıların tapdağı altında qoymayaq.

Əmr verin ki, Qarabağ və ətraf 7 rayonu işğaldan azad edək. Qarabağın da taleyi Göyçə, Zəngəzur və digər işğalda olan torpaqlarımızın taleyini yaşamasın.

Əmr verin, Cənab Prezident.

Azərbaycan Xalqına inanın və bu Xalqa söykənin. Xalq sizinlədir. Artıq vaxtdır. Bir kəlməniz yetər ki, irəli atılaq. Qoy dünya Türkün qüdrətini bir daha görsün.

Ali Baş Komandan!

İşğalçı bir dövlətin ordusu tərəfdən zəbt olunmuş torpaqlarımızda anti-terror əməliyyatlarının aparılması istiqamətində ƏMR verin.

Azərbaycan indiki qədər heç bir zaman güclü olmayıb. Sosial statusundan və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı sizinlədir.
Əmr verin ki, gələcək nəsillərimizin gözlərinə dik baxa bilək.

Bu qisası övladlarımıza və Qiyamətə saxlamayaq.

Sizdən ƏMR gözləyirik, cənab Ali Baş Komandan İlham Əliyev.

 

NOCOMMENT.az-ın baş redaktoru,

Ehtiyatda olan hərbçi, jurnalist İlham Məmmədov.

www.yenicag.az

1165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv