Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

media-hightechnic-468x90

Daşkənd şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05