“İnstagram” sosial şəbəkəsində açıq-saçıq fotolar paylaşan istifadəçilər polis tərəfindən saxlanılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Bəndər Abbas şəhərində polis sosial şəbəkə istifadəçilərinə qarşı əməliyyat keçirib. Nəticədə 8-i qadın olmaqla, 46 nəfər saxlanılıb.
Saxlanılanların əksəriyyətinin fotoqraf, gözəllik salonu və ya şadlıq evinin əməkdaşları olduqları açıqlanıb. Bildirilib ki, bu paylaşımlar kütləvi mədəniyyətə zərər vermək məqsədilə edilib.
Xatırladaq ki, “Facebook” və “Twitter” sosial şəbəkələrindən istifadə 2009-cu ildən bəri qadağan edilib. Buna baxmayaraq, İranın ali dini lideri Ayətullah Əli Xamaneinin rəsmi “Twitter” hesabı mövcuddur.
www.yenicag.az