“ADDIM”dan Bayraq Günü sürprizi – Fotolar
“ADDIM Gənclər Təşkilatı” Milli Bayraq günü ilə bağlı növbəti maraqlı layihəyə imza atıb. Beləki “ADDIM”ın təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Walpaperlər (elektron divar kağızları) müsabiqəsi gerçəkləşib. Layihə ilə bağlı YENICAG.AZ-a “ADDIM Gənclər Təşkilatı”nın sədri Hüseyn Cavadzadə bunları söyləyib “Biz fəaliyyətimiz dövründə saysız bundan da böyük, regional, beynəlxalq və s layihələr etmişik. Amma bu layihəni mən xüsusi əhəmiyyətli sayıram. Çünkı istənilən dövlət bayramlarında insanların internetdə əldə etdikləri bayraq fotolarının sayı barmaqla sayılacaq qədər idi. İndiki elektronika tərəqqisi dövründə isə bu çox vacibdir. Bizə təqdim olunan 100ə yaxın işdən ən yaxşı 22sini müsabiqəyə daxil edib yayımladıq və indi istifadəçilərin 22 yeni walpaperi var. Bu bizimçün əhəmiyyətlidir.”
Qeyd edək ki qaliblərin mükafatlandırma mərasimi bugün 8 noyabr 17:00 da “ADDIM”ın Park Bulvar AVM-də keçirəcəyi bayram konsertində baş tutacaqdır. Tədbirdə xalq artisti Nisə Qasımova, əməkdar artistlər Məryam Süleymanova, Elza Seyidcahan, Eurovision təmsilçimiz Dilarə Kazımova, müğənnilər İlhaməQasımova, Mirkamil Kamilov, Elçin (Şipşirin) Ayan, Seyran Babayevin çıxışları gözlənilir. Tədbirdə gənclərin və ulduzların iştirakı ilə sürpriz aksiyalar nəzərdə tutulmuşdur.
Onu da qeyd edək ki, “ADDIM” İctimai Birliyi noyabr ayında “Norkamaniya ilə mübarizə” ilə bağlı teatr tamaşası da səhnələşdirəcək.
Fotoları təqdim edirik: