Adı qalmaqalda hallanan direktoru Sumqayıt Bulvarını dezinfeksiya edir - 75 min manata

media-hightechnic-468x90

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Sumqayıt Bulvar” MMC dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin satın alınması ilə bağlı tenderin qalibini açıqlayıb.

Yenicag.az 32gun.az-a istinadla xəbər verir ki, qyalib “Lider Dezinfeksiya” MMC olub. Tərəflər arasında 74 min 900 manat dəyərində müqavilənin bağlanacağı gözlənilir. Şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Elza Abdullayeva Əli qızıdır.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. “Sumqayıt Bulvar” MMC-nin baş direktoru isə Seymur Məmmədovdur.

Yerli mediada yayılan məlumatlara görə, o, vaxtilə dələduzluq ittihamı ilə gündəmə gəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa