Reklam

Reklam

Screen-Shot-2015-06-01-at-16.24.22-460x307Əhməd Şahidov: “Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq əsas amalımızdır”

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bütün dünyada, həmçinin Azərbaycanda da qeyd olunur. Ötən ilin 1 İyun tarixində əsası qoyulmuş Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu bugün uşaqların hüquqlarının müdafiəsi ilə yanaşı, həm də 1 yaşını qeyd edir.

Qısa müddət ərzində təkcə Azərbaycanda deyil, həm də Avropada xeyli işlər görən, insan hüquq və azadlıqlarının təbliğ olunması, habelə Azərbaycan həqiqətlərinin bütün dünyaya çatırılması istiqamətində yorulmadan çalışan ADİHİ kollektivi bugün də iş başındadır. ADİHİ rəhbəri Əhməd Şahidov mətbuata açıqlamasında hələ yolun başlanğıcında olduqlarını və görüləsi işlərin çox olduğunu bildirib. Əsas məqsədlərinin Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması olduğunu vurğulayan ADİHİ rəhbəri Azərbaycanda hüququn aliliyinin bundan sonra da qorunması istiqamətində səylərini əsirgəməyəcəklərini bildirib.

1 yaşını qeyd edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun fəaliyyəti barədə hazırlanmış qısa video çarxı diqqətinizə təqdim edirik.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."