“Bu gün Ermənistan taqətsiz vəziyyətdədir” – Adil Əliyev

media-hightechnic-468x90

adileliyevvvvv (1)Adil Əliyev:“Bu gün Ermənistan taqətsiz vəziyyətdədir”

“Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında dayanması mümkünsüzdür. İşğalçı ölkə reallıqla barışmalıdır”.

Bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Adil Əliyev ABŞ-ın “Harvey & Company” şirkətinin analitiki Cek Malkeyrin “The National İnterest” jurnalında Azərbaycanla Ermənistan arasında “yaxınlaşan müharibə haqda” yayımlanan məqaləyə münasibət bildirərkən qeyd edib.

Millət vəkili məqalə ilə tanış olduğunu söylədi:

“Ermənistan düşdüyü vəziyyət yaxşı təhlil olunub. Onsuz da dünyanın əksər hərbi-siyasi analitikləri Azərbaycan ordusu haqqında obyektiv hesabatlar yayırlar. Hazırda Ermənistan taqətsiz bir vəziyyətdədir və yaxın zamanlarda da vəziyyətdən çıxması real görünmür. Ölkədə psixoloji gərginlik hökm sürür. Həmçinin, Ermənistanın sosial-iqtisadi və siyasi vəziyyəti onun bütün imkanlarını gerçəkliyi ilə ortaya qoyur”.

Millət vəkili Azərbaycanın qısa zaman ərzində torpaqlarını işğaldan azad etmək gücünə malik olduğunu vurğulayıb.

“Ən müasir silahlarla ordumuz gücləndirilir. Üstəlik, regionda vəziyyət dəyişir. Azərbaycan beynəlxalq arenada üstünlüklər qazanır. Ermənistanın işğalçılıq siyasəti ölkə rəhbərliyi tərəfindən sərt tənqid olunur. Münbir şərait yaranan kimi torpaqlarımız işğaldan ediləcək”,-deyə millət vəkili əlavə edib.

Elnur Eltürk

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600