!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ADSEA sədri: Davamlı su idarəçiliyi beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir

!Reklam – Yazi

İqlim dəyişikliyinin su qıtlığının gücləndirilməsinə, hava şəraitinin pozulmasına, quraqlıq və daşqınların tezliyinin artırılmasına təsiri nəticəsində davamlı su idarəçiliyinə ehtiyac daha da aktuallaşır.

Yenicag.az xəbər verir ki, bunu COP29 tədbiri çərçivəsində “Davamlı Su Ehtiyatlarının İdarə edilməsində innovatov yanaşmalar” mövzusunda panel müzakirəsində çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

O bildirib ki, əhali artımı və urbanizasiya su ehtiyatlarını daha da məhdudlaşdırır və bu, təhlükəsiz, etibarlı su təchizatını təmin etmək üçün qabaqcıl həllərin qəbulunu vacib edir. Qlobal miqyasda su ehtiyatları çirklənmə, həddən artıq istifadə və mövcud iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır.

Bu çağırışlara cavab olaraq Azərbaycan su idarəçiliyində innovativ yanaşmaları qəbul edib.

“Ölkədə adambaşına illik su ehtiyatı 3253 m³ olsa da, transsərhəd mənbələri nəzərə almasaq bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 1051 m³-ə düşür. Proqnozlar göstərir ki, 2025-ci ilə qədər Azərbaycan qlobal miqyasda adambaşına düşən yerli su ehtiyatlarının ən aşağı səviyyələrini yaşaya bilər.

Diqqətçəkən təşəbbüslərdən biri Abşeron yarımadasının alternativ içməli su mənbələri ilə təmin edilməsi üçün duzsuzlaşdırma texnologiyasının, xüsusən də Xəzər dənizinin suyunun planlaşdırılmış istifadəsidir.

Enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə sərmayə qoymaqla Azərbaycan su təchizatının yaxşılaşdırılması və iqlim dəyişkənliyinə qarşı davamlılığı artırmaq istiqamətində fəal addımlar atır.

Davamlı su idarəçiliyi və iqlim davamlılığı beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir. Su qıtlığı və iqlim dəyişikliyi milli sərhədləri aşan qlobal problemlərdəndir”-deyə Zaur Mikayılov qeyd edib.

 

İnfrastruktur

Nazir: Özbəkistan karbonsuz məlumat mərkəzi yaradılmasına təşəbbüs göstərir

Nazir: Özbəkistan karbonsuz məlumat mərkəzi yaradılmasına təşəbbüs göstərir

10:21
16 noyabr 2024
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib

AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib

10:12
16 noyabr 2024
Bakıda daha dörd avtobus marşrutunun fəaliyyəti bərpa ediləcək

Bakıda daha dörd avtobus marşrutunun fəaliyyəti bərpa ediləcək

09:20
15 noyabr 2024
ADY su və tullantıları təkrar emal edərək təbii resurslardan səmərəli istifadəni təmin edir - <span class="red_color">VİDEO

ADY su və tullantıları təkrar emal edərək təbii resurslardan səmərəli istifadəni təmin edir – VİDEO

17:16
14 noyabr 2024
COP29

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv